
"Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli Türkiyə "Antalyaspor”u ilə yoxlama oyunundan sonra fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, əsas heyətdə ilk qolunu vuran hücumameylli yarımmüdafiəçimiz klubun rəsmi saytına açıqlamasında rəqibi yaxşı futbolçulardan təşkil olunmuş komanda kimi dəyərləndirib.
O deyib: "Bu rəqiblə oyun çox gərgin keçdi. Təlim-məşq toplanışını qələbə ilə başa vurmaq istəyirdik. Çox şükür, buna nail olduq. Şadam ki, əsas heyətdə ilk qolumu vurdum. Buna görə Allaha təşəkkürümü bildirirəm. Amma əsas odur ki, təlim-məşq toplanışında məğlub olmadıq. İnşallah, çempionatda daha da yaxşı nəticələrlə öz sözümüzü deyəcəyik”.
Qeyd edək ki, "Neftçi" "Antalyaspor"u 2:0 hesabı ilə məğlub edib.