Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, yığma saat 14:00-da Gürcüstan millisi ilə qarşılaşacaq.
Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.
Gürcüstan – Azərbaycan
Yoldaşlıq oyunu
11 aprel. Tbilisi Arena. Saat 14:00
Gürcüstan
1. Luka Xarşiladze (q), 12. Tornike Bukia (q), 16. Əli Aslani (q), 4. Giorgi Çimakadze, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 18. Nikoloz Kurtanidze, 2.Nikoloz Qabriçidze, 3. Saba Tkeşelaşvili, 6. Janiko Giorgia, 7. Şota Topuria, 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan
1. Emin Kürdov (q, k), 12. Rövşən Hüseynli (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov
Baş məşqçi: Yevgeni Kukseviç


















































































