
"Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsində Kipr "Apollon”u ilə keçirəcəyi cavab görüşünün hazırlıqlarına başlayıb. Sportnet.az-ın məlumatına görə, ötən günkü axşam məşqi ADBTİA stadionunda baş tutub.
Kiprdəki matçda iştirak etmiş futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar.
Bugünkü məşq isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, avqustun 6-da Bakıdakı "Bakcell Arena”da keçiriləcək "Qəbələ" - "Apollon" görüşü saat 21:00-da başlanacaq.

















































































