Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" ABŞ Açıq Kubokunun 1/16 final mərhələsində "Riçmond Kikers"lə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, 22 yaşlı hücumçu oyuna start heyətində başlayıb və 90 dəqiqənin tamamında meydanda qalıb.
Görüş onun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
1/8 final mərhələsində rəqib “One Knoksvill” olacaq. Oyun aprelin 30-da keçiriləcək.












































































