UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları başa çatıb.
Sportnet.az xəbər verir ki, İspaniya təmsilçisi "Selta" Almaniya "Frayburq"unu qəbul edib.
İlk görüşdən 3:0 hesablı qələbə ilə ayrılmış "Frayburq" cavab görüşündə də üstün olub - 3:1. Nəticədə Almaniya komandası adını növbəti mərhələyə yazdırıb.
Turnirin əsas favoritlərindən olan İngiltərənin "Aston Villa"sı İtaliya klubu "Bolonya"nı qonaq edib. "Aston Villa" 3:1 hesablı qələbə qazandığı ilk görüşün revanşında darmadağına sevinib - 4:0.
İngiltərənin daha bir klubu "Nottingem Forest" Portuqaliya "Portu"sunu qəbul edib. Britaniya təmsilçisi evdə minimal hesablı qələbə qazanaraq adını yarımfinallara yazdırıb. Buna ilk görüşün 1:1 hesablı heç-heçə ilə tamamlanması səbəb olub.
Ötən mövsümün UEFA Konfrans Liqası finalçısı olan İspaniyanın "Real Betis" komandası isə digər Portuqaliya klubu olan "Braqa"nı sınağa çəkib. Öz meydançasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə etmiş "Braqa" bu dəfə qələbəyə nail olub - 4:2. Beləliklə, Portuqaliya komandası mərhələ adlayıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
20:45 "Selta" (İspaniya) - "Frayburq" (Almaniya) - 1:3
Qollar: Uilliot Svedberq, 90 - İqor Matanoviç, 33; Yuito Suzuki, 39, 51
İlk görüş: 0:3
23:00 "Aston Villa" (İngiltərə) - "Bolonya" (İtaliya) - 4:0
Qollar: Olli Uotkins, 16; Emiliano Buendia, 26; Morqan Rocers, 39; Ezri Konsa, 89
İlk görüş: 3:1
23:00 "Nottingem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya) - 1:0
Qol: Morqan Gibbs Uayt, 12
İlk görüş: 1:1
23:00 "Betis" (İspaniya) - "Braqa" (Portuqaliya) - 2:4
Qollar: Antoni, 13; Abdessamad Ezzalzuli, 26 - Pau Viktor, 38; Vitor Karvalyo, 49; Rikardo Horta, 53 (pen.); Cen Qorbi, 74
İlk görüş: 1:1
Qeyd edək ki, "Braqa" yarımfinalda "Frayburq" ilə, "Nottingem" isə "Aston Villa" ilə üz-üzə gələcək. İlk oyunlar aprelin 30-da, cavab görüşləri mayın 7-də keçiriləcək.
















































































