İspaniya La Liqası təmsilçisi "Real Madrid" mövsümün sonunda baş məşqçisi Alvaro Arbeloa ilə yolları ayırmağı planlaşdırır.
Sportnet.az "The Athletic"ə istinadən xəbər verir ki, Xabi Alonsonun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq onu əvəzləməyə gələn 43 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırıb.
La Liqada da "Barselona"nın 9 xal gerisində qalaraq özünü doğrulda bilməyən ispaniyalı çalışdırıcı klubun gələcək planlarında yer almır.
Qeyd edək ki, Alvaro Arbeloa daha öncə "Real Madrid"in U19 və U21 komandalarını da çalışdırıb.













































































