"Tottenhem" və "Mançester Yunayted" "Beşiktaş"ın koreyalı hücumçusu Hyün-Qyu Oh uğrunda yarışır.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusunun performansı ingilis klublarının diqqətini çəkib.
Hər iki klubun da yayda 25 yaşlı oyunçuya rəsmi təklif göndərəcəyi bildirilir.
"Tottenhem" liqada qalmağı bacarmasa, "qırmızı şeytanlar"ın mübarizədən qalib ayrılması ehtimalı daha da artacaq.
Qeyd edək ki, İstanbul klubunun heyətində meydana çıxdığı 10 matçda 7 qol və 2 məhsuldar ötürməyə imza atıb.














































































