İspaniya La Liqası təmsilçisi "Barselona" baş məşqçisi Ansi Fliklə bağlı qərarını verib.
Sportnet.az-ın İspaniya KİV-ə istinadən xəbərinə görə, Kataloniya klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasına baxmayaraq, rəhbərlik almaniyalı mütəxəssislə yollarını davam etdirmək niyyətindədir.
Məğlubiyyətin əsas səbəbi zədəli futbolçuların olması olaraq görünür.
Qeyd edək ki, Ansi Flik 2024-cü ilin yayından "Barselona"nın baş məşqçisidir. O, bu müddətdə iki dəfə İspaniya Superkubokunu, bir dəfə Kral kubokunu, bir dəfə də La Liqa çempionluğu yaşayıb.
















































































