İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" yarımmüdafiəçisi Moyses Kaysedo ilə bağlı yeni qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar" ekvadorlu futbolçu ilə müqavilə yeniləyəcək.
Sazişə görə, 24 yaşlı oyunçu 2033-cü ilə qədər London təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Moyses Kaysedo "Çelsi"yə 2023-cü ilin yayında "Brayton"dan 116 milyon avroya transfer edilmişdi.



















































































