İspaniya La Liqası təmsilçisi "Real Madrid" yayda futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Sportnet.az-ın məlumatına görə, "kral klubu"nun müdafiəçisi David Alaba komandanı tərk edəcək.
Sözləşmə müddəti başa çatan avstriyalı oyunçu klubu azad agent kimi tərk edəcək.
Qeyd edək ki, David Alaba 2021-ci ildən "Real Madrid"in şərəfini qoruyurdu.















































































