“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.
Sportnet.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis Abbas Hüseynov və əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.
Buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub.
Qərar Azərbaycan Premyer Liqasında XXVII turun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.
Onların növbəti turun "Sabah"la ev oyununda iştirakları sual altındadır.
Qeyd edək ki, aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 19:30-da başlanacaq (qol.az).












































































