"Çelsi" əfsanəsi Frenk Lempardın rəhbərlik etdiyi "Koventri" 25 ildən sonra ilkə imza atıb.
Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin rəhbərliyi ilə Çempionşip klubu gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
Onlar bunu sona 5 tur qalmış 86 xal toplayaraq bacarıb.
Qeyd edək ki, Lempard daha öncə "Derbi", "Çelsi", "Everton" klublarını çalışdırıb

















































































