İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut"da yeni baş məşqçi təyinatı olub.
Sportnet.az-ın xəbərinə görə, gələn mövsümdən etibarən, "albalılar"ı Marko Rouz idarə edəcək.
Cari mövsümün sonunda ispaniyalı çalışdırıcısı Andoni İraola ilə yolları ayıran ingilis klubu onu alman mütəxəssislə əvəzləyəcək.
Qeyd edək ki, ispan baş məşqçi 2023-2024 mövsümünün əvvəlindən "Bornmut"u çalışdırırdı.













































































