"Bornmut"un futbolçusu Markos Senesi "Tottenhem"ə keçidi barədə prinsipial razılıq əldə edib.
Sportnet.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, sazişə baxmayaraq, iki faktor 28 yaşlı müdafiəçinin London klubuna keçidinə maneə yarada bilər.
Əsas problem "Spurs"un liqadan düşmək təhlükəsinin olmasıdır. Argentinalı oyunçu karyerasını aşağı liqada çıxış edən komandada davam etdirmək niyyətində deyil.
İkinci səbəb isə futbolçu ilə "Barselona"nın maraqlanmasıdır. Əgər rəsmi müraciət olarsa, Argentina millisinin üzvünün öz seçimini Kataloniya klubundan yana etməsi şübhəsizdir.
Qeyd edək ki, Markos Senesi cari mövsüm "Bornmut" forması ilə 33 matçda forma geyinib. Onun "albalılar" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.














































































