Azərbaycan Premyer Liqasının XXVIII turu başa çatıb.
Sportnet.az-ın məlumatına görə, turun son görüşündə "Sumqayıt" "Qəbələ"ni qonaq edib.
Höccət Haqverdinin 19-cu dəqiqədə vurduğu qolla hesabı açan "gənclik şəhəri" təmsilçisi görüşün sonuna qədər üstünlüyünü qoruyub.
Minimal hesabla qalib gələn "kimyaçılar" "Şamaxı" ilə xal fərqini 3-ə yüksəldərək 35 xalla 7-ci pillədə qərarlaşıb. 19 xalı olan "Qəbələ" isə 11-ci pillədə qalıb.
------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXVIII turunun daha bir matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kəpəz" "İmişli"ni qəbul edib.
Hesabı qonaqların müdafiəçisi Azər Salah açıb. Onun gəncəlilərin qapısından keçirdiyi top matçdakı ilk və tək qol olub.
Beləliklə, görüş "İmişli"nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xal hesabını 29-a yüksəldən debütant cədvəlin 9-ci yerində qərarlaşıb. 21 xalı olan "Kəpəz" isə 10-cu sırada qalıb.
------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII turun son 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Yevlax şəhər stadionunda "Kəpəz" və debütant "İmişli" komandaları arasında gerçəkləşəcək.
Saat 15:30-da başlanacaq oyunu FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda "Kəpəz" 21 xalla 10-cu, "İmişli" 26 xalla 9-cu yerdə gedir.
Bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. İlk dövrədə "İmişli" səfərdə 3:0 hesabı ilə qalib gəlib. İkinci dövrədəki oyun isə qolsuz yekunlaşıb - 0:0. Beləliklə, hələ qapısından top buraxmayan "İmişli" bu göstəricidə öndədir - 3:0. “Kəpəz” isə ev oyununda xal qazanmayıb.
Turun yekun qarşılaşmasında isə "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunu baş hakim Vüqar Həsənli idarə edəcək. Görüş saat 18:00-da başlanacaq.
Hazırda "Sumqayıt" 32 xalla 7-ci, "Qəbələ" 19 xalla 11-ci yerdə gedir. Komandaların əvvəlki 49 oyununun 9-da "gənclik şəhəri" təmsilçisi, 25-də "qırmızı-qaralar" qələbə qazanıb. Daha 15 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Qəbələ"nin ciddi üstünlüyü var - 71:39. Öz aralarındakı son 6 görüşdə “Sumqayıt” uduzmayıb. “Qəbələ” axırıncı 5 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası, XXVIII tur
19 aprel (bazar)
15:30. “Kəpəz” – “İmişli” - 0:1
Qol: Azər Salahlı, 38
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu
18:00. “Sumqayıt” – “Qəbələ” - 1:0
Qol: Höccət Haqverdi, 19
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.









































































