"Atletiko Madrid" klubu İspaniya Kubokunun finalında məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi həlledici görüşdə "Real Sosyedad" ilə əsas vaxtı 2:2 hesablı heç-heçə başa vurub.
Penaltilər seriyasında isə Madrid komandası 3:4 hesabı ilə uduzub.
“Atletiko”nun rəsmi X sosial şəbəkə hesabında yayımlanan paylaşımda deyilir: “Biz sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni əldə etməsək də, Sevilyadan, Madriddən və dünyanın hər yerindən dəstəyinizi hiss etdik. Bu yolu sizinlə birlikdə keçmək bizim üçün böyük şərəfdir. Həmişə birlikdə".
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında yoluna davam edir. Yarımfinalda Madrid təmsilçisi İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək. Oyunlar aprelin 29-da və mayın 5-də keçiriləcək.















































































