İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" yayda heyətinə vinger transfer etməyi planlaşdırır.
Sportnet.az “Fussball Daten” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sının hücumçusu Karim Adeyemini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İngiltərə klubu 24 yaşlı alman cinah oyunçusunu 2026-cı ilin yay transfer dövrü üçün əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Futbolçu ilə “Nyukasl”ın da maraqlandığı, “Çelsi”nin isə onun agenti ilə əlaqə saxladığı bildirilir.
Dortmund klubu Adeyemini təxminən 65-70 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, oyunçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və yeni müqavilə danışıqları davam edir.
















































































