İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" qapıçı böhranı ilə üz-üzə gələ bilər.
Sportnet.az-ın məlumatına görə, dünən "Everton"la Mersisayd derbisində üz üzə gələn "qırmızılar"ın qolkiperi Giorgi Mamardaşvili ikinci hissədə zədələnərək meydanı tərk edib.
Üçüncü qapıçı olan Freddi Vudmanı əvəzləyən gürcü əlcək sahibi birbaşa xəstəxanaya yerləşdirilib.
Son durumu ilə bağlı məlumat olmasa da, onun zədəsinin ciddi olma ehtimalı var.
Qeyd edək ki, "Hill Dickinson Stadium"da oynanan "Everton" - "Liverpul" matçında qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.


















































































