İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" hücumçusu Alexandro Qarnaço ilə qərarını qəbul edib.
Sportnet.az "TalkSport" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" argentinalı futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Ötən yay "Mançester Yunayted"dən 46,2 milyon avroya transfer edilən 21 yaşlı vinger rəhbərliyin gözləntilərini doğrultmayıb.
Qeyd edək ki, Alexandro Qarnaço cari mövsüm "Çelsi" forması ilə meydana çıxdığı 39 görüşdə 8 qol və 4 məhsuldar ötürməyə imza atıb.


















































































