“Mançester Yunayted” və “Çelsi” “Bornmut”un 19 yaşlı hücumçusu Junior Krupiyə maraq göstərir
Sportnet.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “albalılar”ın 19 yaşlı hücumçusu Junior Krupi yay transfer pəncərəsində diqqət mərkəzinə düşüb.
Gənc forvardla “Mançester Yunayted” və “Çelsi” klubları yaxından maraqlanır.
Məlumata görə, “Bornmut” futbolçunun transferi üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Junior Krupi cari mövsümdə meydana çıxdığı 30 görüşdə 10 qolla yadda qalıb.




















































































