"Bavariya"nın baş məşqçisi Vensan Kompani adının İngiltərə millisi ilə bağlanmasına dair fikrini bəlli edib.
Sportnet.az-ın məlumatına görə, belçikalı mütəxəssis bu fikirləri qətiyyətlə təkzib edir, Bundesliqa təmsilçisində olmaqdan məmnun olduğunu bildirib.
O, istirahət etmək istədiyi üçün DÇ-2026 müddətində belə yığma komanda çalışdırmaq niyyətində deyil.
Qeyd edək ki, İngiltərə millisinə hazırda Tomas Tuxel rəhbərlik edir.



















































































