"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla peşəkar müqavilə imzalanıb.
Gəncə klubunun mətbuat xidmətindən Sportnet.az-a daxil olan məlumata görə, hər iki futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzrdə tutulub.
16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.


















































































