İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slot ilə bağlı qərarını verib.
Sportnet.az-ın məlumatına görə, rəhbərlik niderlandlı mütəxəssisi klubun gələcək planlarının əsas parçası kimi görür.
Əldə edilən bir sıra uğursuz nəticələrə baxmayaraq, "qırmızılar" Premyer Liqada UEFA Çempionlar Liqasına vəsiqəni təmin edən yerdədir və bu mövsüm qitəni böyük nüfuz turnirində mübarizəni 1/4 finalda dayandırması rəhbərlik tərəfindən elə də uğursuz nəticə hesab olunmur.
Klubun sahiblərindən olan FSG Mersisayd təmsilçisinin keçid dönəmində olduğunu və 47 yaşlı baş məşqçinin zamana ehtiyacı olduğunu anlayır.
Qeyd edək ki, 2024-cü ilin yayından "Liverpul"u çalışdıran Arne Slotun rəhbərlik dönəmində "qırmızılar" bir dəfə İngilərə Premyer Liqasının qalibi olub.


















































































