"Bavariya"nın müdafiəçisi Kim Min Cey alman klubundakı gələcəyi ilə bağlı qərarını verib.
Sportnet.az-ın məlumatına görə, cənubi koreyalı futbolçu ayrılıq iddialarına baxmayaraq, Bundesliqa təmsilçisində qalmaq istəyir.
Onun Münhen klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Kim Min Cey karyerası boyunca "Fənərbağça", "Napoli" və "Pekin Quoan" klublarında çıxış edib.
















































































