"Sabah"ın yarımmüdafiəçisi Velko Simiçin "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinalının cavab matçından sonra Sportnet.az-a müsahibəsi:
- Görüş haqda təəsüratlarınızı bölüşərdiniz...
- Bizim üçün əla oyun keçdi. Əvvəldən sona qədər yaxşı oynadıq. Düşünürəm ki, finala çıxmağa layiq idik.
- Finalda rəqibiniz "Zirə"dir. "Qızıl dubl" şanslarınızı necə dəyərləndirirsiniz?
- Çətin rəqibə qarşı oynayacağıq. Özümüzə güvənirik. Çox yaxşı vəziyyətdəyik və mövsümü "qızıl dubl"la başa vuracağımıza inanıram.
- Ardıcıl 9 matçdır ki, "Qarabağ" sizi məğlub edə bilmir...
- Yalnız bu mövsüm olanlar haqda danışıram. Çünki komandaya ötən yay qoşulmuşam. Bu mövsüm əla oyunlar göstəririk. Qalib gəlməyimiz normaldır və hamısına da layiq olduğumuzu düşünürəm.
- Sonda nə baş verdiyi haqda danışa bilərsiniz, top həqiqətən də əlinizə dəydi?
- Epizodu yaxşı görə bilmədim. Videoya baxmamış nəsə deyə bilmərəm. Məncə, əlim təbii vəziyyətdə idi.
Mikayıl HACIYEV














































































