"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədliyev səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra qalmaqallı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli qolkiper bu barədə "Instaqram" hesabında yazıb.
Dağıstan əsilli oyunçu azərbaycanca "İndi kimin kim olduğunu bilirik" paylaşımında ifadələrinə yer verib. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, oyun zamanı "Qarabağ"ın digər qapıçısı Mateuş Koxalski birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub, uzatma dəqiqələrində isə top "Sabah"ın oyunçusunun əlinə dəysə də, baş hakim Rəvan Həmzəzadə penalti təyin etməyib.















































































