İngiltərə Premyer Liqası təmsilçisi "Börnli" gələn mövsüm Çempionşipdə çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, onların dünən "Mançester Siti"yə məğlub olması bunu rəsmiləşdirib.
34 matçdan sonra 20 xal toplamağı bacaran klub yalnız 17 xalı olan "Vulverhempton"u üstələyərək 19-cu slrada qərarlaşıb.
Qeyd edək ki, "Börnli" ötən mövsüm çempionşipdə 100 xalla ikinci sıranı tutaraq birbaşa Premyer Liqaya yüksəlmişdi.
















































































