"Real Madrid" heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Arda Güler biseps əzələsində yaranan zədəsinə görə sıradan çıxıb.
Onun üçün mövsüm erkən başa çatıb.
Qeyd edək ki, Arda Güler cari mövsüm "Real Madrid" forması ilə 50 matçda meydanda olub. O, 6 qol və 14 məhsuldar ötürməyə imza atıb.
















































































