"Qarabağ"ın qapıçısı Fabian Buntiçin "Sabah"a səfərdə 1:2 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra Sportnet.az saytına müsahibəsi:
- Görüş haqda təəsüratlarını bölüşərdiniz...
- Yaxşı başlamışdıq. Açıq futbol oynayırdıq. Qırmızı vərəqəyə qədər hər şey normal axarında idi. Azlıqda qaldıqdan sonra isə momentumu itirdik. İkinci hissədə də yaxşı mübarizə apardıq. Bir nəfər az ola-ola hesabda önə keçdik. Müdafiədə problem olduğunu deməzdim, şanssız qollar buraxdıq. Vəziyyətləri necə qaçırdığımızı izah edə bilmərəm. Sondakı penalti epizodunda isə, heç nə deməyəcəm, hər şey məlum idi.
- Komanda yoldaşının qırmızı vərəqə alması ilə qapını sən qorudun. Bu məsuliyyəti üzərinə götürməyə hazır idin, yoxsa sənin üçün gözlənilməz oldu?
- Futbolda hər şey olur, hazırlıqlı olmalı idim. Mən hər şeyə hazır idim. Pis iş gördüyümü də zənn etmirəm.
- Sonda nə baş verdi?
- Hər şeyi gördüm. Yaxşısı, heç nə deməyim. Ən yaxşı halda bunu edə bilərəm.
Mikayıl HACIYEV















































































