İngiltərə Premyer Liqası klubu "Mançester Siti" baş məqşçisi Pep Quardiolanın əvəzləyicisini tapıb.
Sportnet.az-ın məlumatına görə, müqaviləsi 2027-ci ilin yayında başa çatan və cari mövsümün sonunda da ayrılıq ehtimalı olan ispaniyalı mütəxəssisin yerini vaxtilə bu komandada məşqçi kimi işləmiş Entso Mareska ilə doldurmaq istəyir.
Bu ilin yanvarında "Çelsi"dən qovulan italiyalı mütəxəssis hazırda işsizdir.
Qeyd edək ki, Entso Mareska daha öncə "Lester Siti", "Parma" və "Mançester Siti"nin 21 yaşlılardan ibarət komandasını da çalışdırıb.

















































































