Almaniya Bundesliqası klubu "Bavariya" müdafiəçisi Alfonso Deyvislə bağlı qərarını verib.
Sportnet.az-ın xəbərinə görə, Münhen təmsilçisi cəlbedici təklif olmadığı halda kanadalı futbolçusu ilə yollarını ayırmaq istəmir.
Klub rəhbərliyi zədələrə baxmayaraq onun performansından razıdır.
Qeyd edək ki, Deyvis 2018-ci ildən "Bavariya"nın şərəfini qoruyur.















































































