"Qarabağ" azarkeşləri səfərdə "Neftçi" ilə keçirilən Azərbaycan Premyer Liqasının XXIX tur matçında məzəli addım atıblar.
Sportnet.az xəbər verir ki, Ağdam komandasının fanatları paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidubun istefasını tələb ediblər.
Onlar bu çağırışı 4-cü qolu vurduqdan sonra ediblər. Yuri Vernidub cəzalı olduğu üçün texniki zonada yer almayıb. Bu funksiyanı onun oğlu və köməkçisi Vitali Vernidub yerinə yetirib.
Qeyd edək ki, hazırda "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlir - 4:1.












































































