19 May - Mustafa Kamal Atatürkün anım günü münasibətilə Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğan yerli idmançılarla görüş keçirib.
Sportnet.az xəbər verir ki, tədbirdə Türkiyə milli komandasının dünya çempionatındakı şansları ilə bağlı verilən sual zamanı maraqlı dialoq yaşanıb.
Gənc idmançının mundialda "ay-ulduzlular"ın şansları barədə sualını Ərdoğan əvvəlcə gənclik və idman naziri Osman Aşkın Baka yönləndirib.
Nazir Bak isə cavabında İspaniya, Argentina və Fransa kimi komandaları favorit göstərərək Türkiyənin də “sürpriz edə biləcəyini” açıqlayıb.
Lakin bu ifadəyə müdaxilə edən Ərdoğan, “Sürpriz edərik" demə… "Qazanacağıq" deməlisən” sözləri ilə diqqət çəkib.
Prezident daha sonra “Qazanacağıq, qazanacağıq, qazanacağıq” ifadəsini təkrarlayaraq inam mesajı verib.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatında qrup oyunlarını Avstraliya, Paraqvay və ABŞ-a qarşı keçirəcək.








































































