“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reyncers mövsümün sonunda komandanı tərk edə bilər.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı futbolçu artıq “şəhərlilər”in etimadını doğrultmayıb.
Niderlandlı futbolçu ilə “Milan”, “Napoli” və “Yuventus” kimi klublar maraqlanır.
O, İtaliyaya qayıtmağa isti baxır.
Qeyd edək ki, “Mançester Siti” Reyncersi 2025-ci ilin yayında, 55 milyon avroya transfer etmişdi.











































































