Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Domeniko Tedeskonu istefaya göndərib.
Sportnet.az xəbər verir ki, bu qərar Superliqanın XXXI turunda "Qalatasaray"a 0:3 hesablı səfər məğlubiyyətindən sonra verilib.
Sona 3 tur qalmış əzəli rəqibindən 7 xal geri qalan "sarı-lacivərdlilər" Tedesko və onun texniki heyəti ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Bununla yanaşı, klubun idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də əməkdaşlığa son verildiyi bildirilib.
Mövsümün qalan oyunlarında komandanı köməkçi məşqçi Zeki Murat Göle meydançaya çıxaracaq.












































































