UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turnirin son qalibi PSJ Fransada Almaniya "Bavariya"sını qəbul edib.
"Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma xeyli məhsuldar alınıb. 9 qolun vurulduğu görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:4.
Meydan sahiblərindən Xviça Kvaratsxeliya 24-cü və 56-cı, Usman Dembele isə 45+5-ci dəqiqə penaltidən və 58-ci dəqiqələrdə fərqlənərək, dubl edib. Parislilərin daha bir qolunu 33-cü dəqiqədə Juan Neveş vurub.
Qonaqlardan isə Harri Keyn 17-ci dəqiqədə penalti ilə hesabı açıb. Digər qolları Maykl Olise 41-ci, Dayo Upamekano 65-ci, Luis Dias 68-ci dəqiqələrdə vurub.
Cavab görüşü mayın 6-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
28 aprel
23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 5:4
Qollar: Xviça Kvaratsxeliya, 24; 56. Juan Neveş, 33; Usman Dembele, 45+5 (pen.); 58 - Harri Keyn, 17 (pen.). Maykl Olise, 41. Dayo Upamekano, 65. Luis Dias, 68
Qeyd edək ki, digər yarımfinalçılar olan "Atletiko" - "Arsenal" cütlüyünün dueli aprelin 29-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
qol












































































