İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" yay transfer pəncərəsi öncəsi heyətdə dəyişikliklərə hazırlaşır.
Sportnet.az "İndykaila" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi hücumçu Viktor Dyökereş üçün gələcək təklifləri dəyərləndirməyə açıqdır.
"Topçular” futbolçunu satmaq qərarını tam verməsə də, cəlbedici təklif daxil olarsa, danışıqlara başlamağa hazırdır.
Qeyd edək ki, isveçli hücumçu cari mövsüm meydana çıxdığı 48 görüşdə 18 qol və 2 məhsuldar ötürməyə imza atıb.



















































































