AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan European Sports NGO (ENGSO) Youth təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə “Gənc nümayəndə” seçilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əməkdaşımız növbəti iki il ərzində proqramın “Dayanıqlı İnkişaf” (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. O, bu müddət ərzində Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.

















































































