UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan birində İngiltərə təmsilçiləri "Nottingem Forest"lə "Aston Villa" üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Kris Vud vurub.
Portuqaliyada isə "Braqa" Almaniya "Frayburq"unu məğlub edib - 2:1. İlk qolu 8-ci dəqiqədə Türkiyə millisinin yarımmüdafiəçisi Demir Ege Tıknaz vurub. 16-cı dəqiqədə qonaqlardan Vinçentso Qrifo bərabərlik topuna imza atıb.
45-ci dəqiqədə Rodriqo Salasar penaltini dəqiq yerinə yetirməsə də, "Braqa" 90+2-ci dəqiqədə Mario Dorgelesin dəqiq zərbəsi ilə qalibiyyət əldə edib.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
30 aprel (cümə)
23:00. "Nottingem Forest" (İngiltərə) - "Aston Villa" (İngiltərə) - 1:0
Qol: Kris Vud, 71 (pen.)
23:00. "Braqa" (Portuqaliya) - "Frayburq" (Almaniya) - 2:1
Qollar: Demir Ege Tıknaz, 8. Mario Dorgeles, 90+2 - Vinçentso Qrifo, 16
İstifadə olunmamış penalti: Rodriqo Salasar, 45 ("Braqa")
Qeyd edək ki, cavab görüşləri mayın 7-də keçiriləcək.






















































































