"Qalatasaray"ın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportnet.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, "Əl Əhli" türkəsilli almaniyalı futbolçu ilə yaxından maraqlanır.
Pro Liqa təmsilçisi 35 yaşlı oyunçuya 10 milyon avro məbləğində təklif edəcəyi bildirilib.
İstanbul təmsilçisində özünü doğrulda bilməyən Almaniya millisinin üzvünün ayrılığı real görünür.
Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 32 matçda 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.









































































