"Tottenhem"in qapıçısı Cuilermo Vikariyo yayda klubu tərk edəcək.
Sportnet.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, italiyalı qolkiper vətəninə qayıdacaq.
29 yaşlı futbolçu "İnter"lə anlaşıb.
Qeyd edək ki, Cuilermo Vikariyo 2023-cü ildən "Tottenhem"in şərəfini qoruyurdu.













































































