PSJ"-nin hücumçusu Qonsalo Ramos yay transfer pəncərəsində komandadan ayrılmağa hazırlaşır.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı futbolçu daha çox oyun vaxtı qazanmaq üçün əsas heyət oyunçusu ola biləcəyi klub axtarışındadır.
24 yaşlı forvard komandanın əsas fiquru olan Usman Dembeleyə forma mübarizəsini uduzub.
Qeyd edək ki, Qonsalo Ramos cari mövsüm PSJ forması ilə meydana çıxdığı 41 görüşdə 12 qol və 1 məhsuldar ötürməyə imza atıb.












































































