İspaniya La Liqası təmsilçisi "Real Madrid" itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, "kral klubu"nun kapitanı Dani Karvahal zədələnib.
İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb.
34 yaşlı sağ cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq. O, 10 mayda keçiriləcək "Barselona"ya qarşı səfər matçını qaçıracaq.
Qeyd edək ki, Karvahal bu mövsüm "Real"ın heyətində 20 matçda meydana çıxıb.















































































