“Liverpul” yay transfer pəncərəsi öncəsi heyətini gücləndirməyi planlaşdırır.
Sportnet.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Arne Slot bir neçə mövqeyə yeni oyunçular cəlb etmək istəyir.
Klubun diqqət mərkəzində Bredli Barkola dayanır. Daha əvvəl “qırmızılar”ın Dezir Due və Xviça Xvaratskeliya ilə də maraqlandığı bildirilmişdi.
Fransalı vinger Paris klubunda kifayət qədər oyun şansı qazanmadığına görə, onun nümayəndələri futbolçu üçün yeni klub axtarışına başlayıb.
“Liverpul” isə bu transferdə ən ciddi namizədlərdən biri hesab olunur.
Fransa klubu gənc futbolçu ilə yeni müqavilə imzalamaq istəsə də, oyunçunun tərəfi daha uyğun variantları dəyərləndirməyə üstünlük verir.














































































