"Karvan-Yevlax" bu gün "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XXX tur matçına itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Araz Abdullayev, Elvin Yunuszadə, Süleyman Əhmədov, Əli Abdullayev zədəli olduqları üçün "ağ-qaralar" ilə görüşdə çıxış etməyəcək.
Nigeriyalı yarımmüdafiəçi Qavi Tompson ötən turun "Sabah"la qarşılaşmasında qırmızı vərəqə aldığı üçün "ağ-qaralar" ilə görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" matçına bu gün saat 16:00-da start veriləcək.















































































