PSJ-nin hücumçusu Xviça Kvaratskeliya dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Bavariya" ilə matçda (1:1) yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, gürcüstanlı vinger qarşılaşmanın 3-cü dəqiqəsində Usman Dembeleyə məhsuldar ötürmə edərək turnir tarixində ardıcıl 7 görüşdə qol və ya asist edən ilk futbolçu olub.
Qeyd edək ki, Xviçanın cari mövsümdə Çempionlar Liqasında 10 qol və 6 məhsuldar ötürməsi var.

















































































