“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın mövsümün sonunda komandadan ayrıla bilər.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Türkiyə Kubokunda "Konyaspor"a məğlub olaraq mübarizəni dayandırmaları təcrübəli mütəxəssisə ciddi təsir edib.
Bildirilib ki, türkiyəli mütəxəssis qarşıdakı iki oyunda komandanın baş məşqçisi olacaq, ardından isə istefa verəcək.
Məlumatda klub rəhbərliyinin də 52 yaşlı menecer ilə davam etmək niyyətində olmadığı və mövsüm başa çatdıqdan sonra tərəflərin yollarını ayıracağı qeyd olunub.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Kubokundan kənarda qalmaqla Avropa Liqasına pley-off mərhələsindən vəsiqə qazanmaq şansını da itirib. İstanbul təmsilçisi Trabzonsporun kuboku qazanacağı halda Avropa Liqasının II təsnifat mərhələsində, əks halda isə Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.




















































































