“Vilyarreal” yeni mövsümdən etibarən komandanın baş məşqçi postuna İniqo Peresi gətirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, klubun Çempionlar Liqasına vəsiqə qazanmasından sonra ispan mütəxəssis əsas namizəd kimi ön plana çıxıb.
Tərəflər arasında razılaşmanın yaxın olduğu bildirilir.
Bununla belə, İniqo Peres hazırda “Rayo Valyekano” ilə UEFA Konfrans Liqasının finalına fokuslanıb və klubuna hörmət əlaməti olaraq qərarını turnir bitənədək açıqlamaq niyyətindədir.




















































































