“Bu turniri hər il təşkil edirik. Bu il komandaların sayı daha da artıb”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Oqtay Abdullayev Bakı Tennis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol turniri barədə danışarkən deyib.
O bildirib ki, yarışın yüksək səviyyədə təşkil olunmasına gənclər və idman naziri Fərid Qayıbov dəstək göstərib:
“Turnirdə veteran futbolçular, jurnalistlər və digər sahələrin nümayəndələri iştirak edirdilər. Ulu Öndər Heydər Əliyevin idmana qayğısı hər zaman hiss olunub. Bu gün də insanlar həm idmana maraq göstərdikləri, həm də onun xatirəsini yad etmək üçün yarışa gəlirlər. İnşallah, mayın 10-da veteranlarla birlikdə Ulu Öndərin məzarını ziyarət edəcəyik”.




















































































