"Vulverhempton"un yarımmüdafiəçi Joao Qomeş karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportnet.az insayder Fabritso Romanoya istinadən
xəbər verir ki, futbolçu “Atletiko” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Madrid təmsilçisi hazırda Onun klubu ilə danışıqları davam etdirir.
Bildirilir ki, transferin məbləği 40 milyon avrodan çox olacaq. Razılaşmanın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, “Atletiko”nun “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək cəhdi baş tutmayıb. İtaliya klubu futbolçu üçün 45 milyon avro tələb edib. Hazırda onunla İngiltərənin aparıcı klubları maraqlanır.


















































































